Çinar Park QSC

Şirkət haqqında:
Müasir dövrün dəyişkən tələblərini qarşılamaq və ən əsası, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Çinar Park Biznes Mərkəzi” 2006-cı ildən fəaliyyətə başlamışdır. "Çinar Park Biznes Mərkəzi" rahat biznes şəraitlərini təmin edəcək çoxsaylı xidmətlərin təqdim olunması, bununla bağlı yaranacaq bütün məsələlərin operativ və keyfiyyətli həll olunması üçün istənilən lazımi texniki və inzibati resurslara malikdir.
Fəaliyyətimiz ərzində müxtəlif daşınmaz əmlak növlərinin peşəkar istismarı və servis xidmətlərinin təşkili sahəsində geniş təcrübə əldə etmişik. Peşəkar kollektiv və müasir texniki baza hesabına əmlak kompleksinin idarə olunması ilə bağlı bütün məsələləri öz üzərimizə götürərək, iş həyatınızda bütün fikrinizi biznesinizə cəmləşdirmək üçün əlverişli, rahat şərait yaradırıq.
Əlaqə vasitələri:
Dayanacaq nəzarətçisi
Vəzifə öhdəlikləri:
- Müştərilərə avtomobilləri düzgün və rahat saxlamaq məqsədi ilə köməklik göstərmək.
- Avtomobillərin düzgün şəkildə yerləşdirilməsinə nəzarət etmək.
- Müştərilərə nəzakətlə xidmət göstərmək və zərurət olduqda məlumat vermək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Diqqətli və məsuliyyətli olmaq.
- Müştərilərlə ünsiyyət qurma bacarığı.
- Sürücülük vəsiqəsi mütləqdir.
- Yaş həddi: 25-40
İş barədə:
- Əmək haqqı: 500 AZN
- İş qrafiki: 5 günlük
- Naharla təmin olunur.
Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsinə “Dayanacaq nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya whatsapp üzərindən 0512321627 nömrəsinə yaza bilərlər.