Sənədləşmə üzrə mütəxəssis
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Sənədləşmə üzrə mütəxəssis” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: maliyyə mütəxəssisi kimi 2-3 il (Tikinti layihələri, metal konstruksiya, dəqiq emal və bənzəri sahədə)
- MS office yaxşı səviyyədə bilməli
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək,
- Sənədlərin uyğunluğunun yoxlanılması,
- Sənədlərin elektron qovluqda düzgün şəkildə yerləşdirilməsi,
- Sifarişçi və subpodratçılardan daxil olan sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək,
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq,
- Müqavilələrin və alt sənədlərin tamlığının təmin olunması,
- Maliyyə sənədlərinin düzgünlüyünün yoxlanılması, sistemləşdirilməsi və arxivləşdirilməsi,
- MS Office proqramlarında işləmək bacarığı (MS Excell və Outlook),
- Yüksək məsuliyyət və nəticəyönümlü yanaşma,
- Prioritetlərin düzgün bölüşdürülməsi,
- Detallara qarşı yüksək diqqət və dəqiqlik.
- İstehsalat təcrübəsi olunanlara üstünlük veriləcək
İş qrafiki:
- 5 günlük iş rejimi
- 09:00-18:00 iş saatları
- 13:00-14:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Sənədləşmə üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.