Golden Pay

Şirkət haqqında:
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.
GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.
GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.
Əlaqə vasitələri:
Baş Texnik
Vakansiyanın tələbləri:
- Təhsil: Ali (Kompüter mühəndisliyi və ya elektronika);
- İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq), Rus və İngilis dili bilikləri üstünlükdür;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik təhlil etmə qabiliyyəti;
- Güclü rəhbərlik və komanda idarəetmə bacarıqları;
- Təşkilatçılıq və problem həll etmə bacarığı;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Terminalların texniki nasazlıqlarının vaxtında aşkarlanması və aradan qaldırılması;
- Terminal sistemlərinin proqram təminatının güncəlliyini təmin etmək, parametrlərin düzgün qurulmasını həyata keçirmək;
- Mütəmadi olaraq profilaktik texniki yoxlamalar həyata keçirmək və texniki vəziyyətlə bağlı hesabat hazırlamaq;
- Gündəlik texniki sorğuları qəbul etmək və ərazi üzrə qısa zamanda müdaxilə etmək;
- Terminallar üçün tələb olunan texniki hissələrin (printer, kart oxuyucu, adapter və s.) qeydiyyatını aparmaq və düzgün istifadəsini təmin etmək;
- Görülən işlərlə bağlı daxili forma və hesabatların vaxtında və düzgün şəkildə hazırlanması və rəhbərliyə təqdim olunması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.