Təmir bərpa və mühəndislik şöbəsinin rəhbəri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Kapital xərclər (CAPEX) çərçivəsində həyata keçirilən layihələrin planlaşdırılması, idarə edilməsi və nəzarəti;
- Layihə məqsədlərinə uyğun olaraq büdcənin, resursların və zaman qrafikinin idarə olunması;
- Layihənin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması və təsdiqlənməsi prosesində iştirak;
- Layihə üzrə podratçılar, tədarükçülər və daxili komandalarla koordinasiyanın təmin edilməsi;
- İcra zamanı layihə risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Layihənin icra mərhələsində texniki və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- İstehsalat, tikinti, texnoloji modernizasiya və ya infrastruktur sahələrində baş verən CAPEX təşəbbüslərinin rəhbərliyi;
- Layihələrin şirkətin strateji məqsədləri ilə uyğunluğunun təmin edilməsi.
Tələblər:
- Layihə idarəçiliyi, mühəndislik, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
- CAPEX layihələrinin idarə olunması üzrə minimum 5-7 il təcrübə;
- Büdcə idarəçiliyi və layihə planlaşdırılması üzrə bilik və təcrübə;
- Layihə idarəçiliyi üzrə beynəlxalq sertifikatlar (PMP, PRINCE2 və s.)
- MS Project, Primavera P6, SAP və digər layihə idarəetmə proqramlarında təcrübə;
- Analitik düşüncə, strateji yanaşma və qərarvermə qabiliyyəti;
- Komandada idarəetmə və müxtəlif departamentlərlə effektiv əlaqə qurmaq bacarığı;
- Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə; rus dili bilikləri üstünlükdür.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhər (Layihələr regionda olduğu üçün ezamiyyətlərə getmək və sahə şəraitində işlərə nəzarət);
CV-lərinizi “Təmir bərpa və mühəndislik şöbəsinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.