Azərbaycan Təlim və İnkişaf Mərkəzi

Şirkət haqqında:
Azərbaycan Təlim və İnkişaf Mərkəzi 2023-cü ildə təsis olunmuşdur. Şirkət İnsan Resursları, Keyfiyyəti İdarəetmə Sistemləri ( İSO 9001:2015,10002:2018,450001,2200) , Dövlət Satınalmaları və onun təşkili,Peşəkar Mühasib 1/2 , Performans Management , SHRM, Universal Mühasib,Ofis proqramları kimi təlim proqramları mövcuddur. 450-dən çox məzun və 30-dan çox əməkdaşlıq mövcuddur. 13 mentor ilə müxtəlif sahələrdə yerli və xarici layihələr - seminarlar,masterklasslar, təlimlər həyata keçirilir.
Əlaqə vasitələri:
ISO 7101:2023 Standartı Haqqında Ümumi Məlumat
Azərbaycanda ilk dəfə İSO 7101:2023 SƏHİYYƏ TƏŞKİLATLARINDA KEYFİYYƏTİ İDARƏEDİLMƏSİ SİSTEMLƏRİ-TƏLƏBLƏR adlı beynəlxalq təlim və sertifikat proqramı
Səhiyyənin Keyfiyyətli Liderləri
ISO 7101:2023 Standartı Haqqında Ümumi Məlumat
- ISO 7101:2023 — “Sağlamlıq Menecmenti Sistemi” beynəlxalq standartı, 2023-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təsdiqlənərək qüvvəyə minmişdir. Bu standartın hazırlanmasında 30-dan çox ölkənin səhiyyə və idarəetmə üzrə ekspertləri iştirak etmiş, səhiyyə sistemlərinin idarə olunmasında keyfiyyət və davamlılığın təmin edilməsi əsas məqsəd olaraq götürülmüşdür. ISO 7101, səhiyyə sahəsində ilk dəfə olaraq idarəetmə sistemi formatında beynəlxalq standart kimi təqdim edilir. Standartın yaradılmasına aparıcı səhiyyə qurumları, elm mərkəzləri və siyasətçilər dəstək vermiş, xüsusilə Dünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən tövsiyə edilən prinsiplər nəzərə alınmışdır. Tətbiq sahəsi olduqca geniş olan bu standart səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq, idarəetməni təkmilləşdirmək və pasiyent mərkəzli yanaşmanı gücləndirmək məqsədi daşıyır. Rəsmi olaraq 2023-cü ilin sentyabr ayında istifadəyə verilən bu standart artıq bir sıra ölkələrin səhiyyə sistemlərinə inteqrasiya edilməyə başlanmışdır. O, həm dövlət, həm də özəl səhiyyə müəssisələri üçün beynəlxalq səviyyədə tanınan idarəetmə çərçivəsi təqdim edir.
ISO 7101:2023 Standartının Faydaları
- ISO 7101:2023 standartı səhiyyə müəssisələrində idarəetməni daha sistemli və şəffaf şəkildə qurmağa imkan verir. Standart pasiyent mərkəzli yanaşmanı təşviq edərək xidmət keyfiyyətini yüksəldir və pasiyent məmnuniyyətini artırır. Eyni zamanda resursların düzgün planlaşdırılması, səmərəli istifadəsi və davamlı inkişaf strategiyalarının tətbiqi üçün güclü əsaslar yaradır. Risklərin erkən aşkar olunması və idarə olunması imkanlarını genişləndirir. Standart rəhbərlik və menecment strukturlarının daha çevik və funksional olmasına şərait yaradır. Eyni zamanda müəssisənin daxili və xarici auditlərə hazır olmasını təmin edir. İşçi heyətin motivasiyası və iştirakı artırılır, bu da komanda işini və effektivliyi gücləndirir. Standart səhiyyə müəssisəsinin strateji məqsədlərinə uyğun və davamlı idarə edilməsini təmin edir. ISO 7101 həmçinin beynəlxalq akkreditasiya proseslərinə uyğunluq üçün mühüm zəmin yaradır. Bu standartla çalışan müəssisələr beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını da asanlıqla genişləndirə bilir. Ümumilikdə isə, ISO 7101:2023 sağlamlıq xidmətlərinin daha təhlükəsiz, keyfiyyətli və effektiv şəkildə idarə olunmasını təmin edən strateji vasitədir.
Kimlər üçün Vacib və Faydalıdır?
ISO 7101:2023 standartı aşağıdakı şəxslər və qurumlar üçün xüsusi əhəmiyyət kəsb edir:
- Xəstəxana, klinika və digər səhiyyə müəssisələrinin rəhbərliyi
- Keyfiyyət üzrə menecerlər
- İdarəetmə və akkreditasiya sahəsində çalışan mütəxəssislər
- Səhiyyə siyasətçiləri və tədqiqatçılar
- Tibbi xidmətin planlaşdırılması ilə məşğul olan dövlət qurumları
- Tədris və elmi müəssisələr
- Səhiyyə konsultantları
- Keyfiyyət menecmenti üzrə təlimçilər
- Sahədə çalışan müstəqil ekspertlər
- Özəl səhiyyə müəssisələri
- Sığorta və akkreditasiya qurumları
- İnvestorlar və beynəlxalq tərəfdaşlıq qurmaq istəyən təşkilatlar
ISO 7101:2023 standartının təlim modulları
Modul 1: ISO 7101-ə Giriş və Səhiyyədə Keyfiyyəti idarəedilməsi Sisteminin Əsasları
- ISO 7101 standartının məqsədi və tətbiq sahəsi
- ISO 7101 və ISO 9001
- Sağlamlıq sektorunda idarəetmə problemləri
Modul 2: Təşkilatın Konteksti və İdarəetmə Sisteminin Sərhədləri
- Kontekstin təhlili: daxili və xarici məsələlər
- Maraqlı tərəflərin tələbləri və gözləntiləri
- İdarəetmə sisteminin tətbiq sahəsinin müəyyən olunması
Modul 3: Liderlik və Sağlamlıq Siyasətinin Qurulması
- Üst rəhbərliyin liderlik öhdəlikləri
- Sağlamlıq siyasətinin hazırlanması
- Rollar, məsuliyyətlər və səlahiyyətlərin bölgüsü
Modul 4: Risklər, Fürsətlər və Strategiya Planlaşdırması
- Risk əsaslı düşüncə və risklərin müəyyən olunması
- Fürsətlərin təhlili
- Sağlamlıq məqsədlərinin və planlaşdırılmış fəaliyyətlərin müəyyən olunması
Modul 5: Resursların İdarə Olunması
- İnsan resursları və ixtisas tələbləri
- İnfrastruktur, texnoloji resurslar idarəetməsi
- Sənədlərin və məlumatların idarə olunması
Modul 6: Sağlamlıq Mədəniyyəti və İşçi İştirakı
- Sağlamlıq mədəniyyətinin təşviqi
- İşçi iştirakının təşkili və motivasiya
- Pasiyent mərkəzli yanaşmanın qurulması
Modul 7: Əlaqə və İctimai İştirak
- Daxili və xarici kommunikasiya strategiyaları
- Xəbərləşmə və məlumat axını
- Sağlamlıq sahəsində ictimaiyyətlə effektiv ünsiyyət
Modul 8: Fəaliyyətin İdarə Olunması
- Proses xəritələri
- Tədarükçülərin dəyətləndirilməsi, tədarük zəncirinin idarəolunması
- Buraxılış protokolunun hazırlanması
- Uyğunsuz xidmətlərin idarə olunması
- Dəyişikliklərin idarə edilməsi
Modul 9: Performansın Ölçülməsi və Auditlər
- Performans göstəriciləri
- Monitorinq, ölçmə, təhlil və daxili audit prosesi
- İdarəetmənin nəzərdən keçirilməsi
Modul 10: Təkmilləşdirmə, Uyğunsuzluqlar və Davamlı İnkişaf
- Uyğunsuzluqların aşkarlanması və düzəldilməsi
- Düzəldici tədbirlər
- Davamlı inkişaf üçün sistematik yanaşmalar
Təlimçi: Elnar Alıyev
Keyfiyyət və Müştəri Məmnuniyyəti Sahəsində 10 ildən çox Təcrübəyə Sahib, ISO 9001:2015, ISO 10002:2018, ISO 22000:2018 və ISO 7101-2023 standartları üzrə ekspert və konsultant.
Elnar Alıyev, keyfiyyət idarəetmə sistemləri və müştəri məmnuniyyəti sahəsində qabaqcıl mütəxəssis və təlimçidir. ISO 9001:2015, ISO 10002:2018, ISO 22000:2018 və İSO 7101-2023 standartları üzrə dərin biliklərə malikdir və uzun illərdir çox geniş iş təcrübəsi ilə iş dünyasında keyfiyyətin idarə olunması və müştəri məmnuniyyətinin artırılması sahəsində irəliləyişlərə imza atmışdır.
“Azaflı” Hüquq və Konsultasiya Mərkəzi, “ATEF” Şirkətlər Qrupu, “Ulfanoğlu” Hüquq Bürosu, CONNECT QSC və BAKU MEDICAL PLAZA kimi məşhur təşkilatlarda çalışmış və bu təşkilatların keyfiyyət idarəetmə sistemlərinin inkişafında mühüm rol oynamışdır. Hal-hazırda, ŞAM-Fİ şirkətində Keyfiyyət İdarəetmə Sistemləri üzrə aparıcı ekspert kimi fəaliyyət göstərir .
Təlim proqramına nələr daxildir?
- Təlimdə iştirak ( əyani-online) – Ümumi 3 həftə ( həftədə 2 dəfə 2 saat – Həftə içi və həftə sonu olaraq tədris olunur. Qrafiklər iştirakçılara uyğun olaraq təyin edilir.)
- Tədris materialları ( Slayd,tərcümə,əlavə resurslar-çap və pdf )
- Müntəzəm mentor dəstəyi ( real səhiyyə sahəsində praktik bilik və bacarıqlar)
- Coffee break fasilələri ( networking və istirahət üçün imkanlar )
- Real səhiyyə keysləri və analizlər ( praktik bilik və bacarıqlar-səhiyyə sahəsində real keyslər )
- Komanda işləri ( keyslər üzərində iş)
- GLOBAL AKKREDİTASİYALI SERTİFİKAT - ( DSR CERTİFİCATİON – Exemplar Global,İAF-İAS,Türk Akkredite Kurumu kimi nüfuzlu qurumlar tərəfindən tam akkreditasiya olunmuşdur. Əldə edəcəyiniz beynəlxalq sertifikat dünyada keçərlidir.)
XÜSUSİ QEYD: Azərbaycan Təlim və İnkişaf Mərkəzi olaraq ilk dəfə İSO 7101-2023 Səhiyyə Təşkilatlarında Keyfiyyəti İdarəedilməsi Sistemləri-Tələblər adlı təlim proqramına ümumi olaraq Bakı və bölgələrimizdə geniş şəkildə tədrisi həyata keçirilir. Qruplar şəklində tədris olunan proqrama qeydiyyat mərhələli şəkildə davam edəcəkdir.İlkin mərhələdə 100 nəfərin iştirakı nəzərdə tutulmuşdur və davamlı olaraq həyata keçiriləcəkdir.Proqrama əyani və ya online qoşulmaq mümkündür. Beynəlxalq standartı tam öyrənmək və onu müəssilərdə tam həyata keçirmək sizi daha professional kadra çevirəcəkdir.Əlavə olaraq bölgələrdə fəaliyyət göstərən səhiyyə əməkdaşlarıda tam online( GOOGLE MEET) şəkildə qruplara qoşularaq bu imkanlardan yararlana biləcəkdir.
Azərbaycan Təlim və İnkişaf Mərkəzi olaraq bütün səhiyyə əməkdaşları üçün BÖYÜK YAY KAMPANİYASI həyata keçirilir. Belə ki,böyük endirim kampaniyası ilə proqramda iştirak 375 azn deyil 250 azn təşkil edir. Proqrama qoşulacaq ilk 100 nəfər Böyük Yay Kampaniyasından yararlana biləcəkdir. Bu özəl fürsətlərdən yararlanmağa TƏLƏSİN.
Böyük Yay Kampaniyasının son qeydiyyat tarixi – 15 iyul 2025-ci il
Group: QMHOR 03-04-05 üçün qeydiyyat başlamışdır. ( Digər qruplar üzrə 64 nəfər əyani-online şəkildə proqramdan yararlanmışdır)
SON 36 yer mövcuddur.TƏLƏSİN
Unutmayın öyrənmək və inkişaf etmək heç vaxt gec deyil.
Qeydiyyat və digər məlumatlar
Rəqəmsal əlaqə vasitələri
- atim.azerbaijan@gmail.com
- info@atim.az
- Əlaqə - +994 51 570 19 29
- Sosial media – atim.edu.az
- Ünvan – Base Business Plaza – (Həsən Abdullayev küçəsi 19 – İçərişəhər metrosuna 10 dəqiqəlik məsafə )