ADA University

Şirkət haqqında:
ADA University was established under the decree dated January 13th, 2014, by the President of the Republic of Azerbaijan. The University is a state higher education institution engaged in the delivery of undergraduate and graduate degree programs in addition to the advancement of research.
The University is the legal heir of the Azerbaijan Diplomatic Academy (ADA) and Information Technologies University. They were merged in January 2014 to establish ADA University.
Founded on March 6, 2006, the Azerbaijan Diplomatic Academy began offering an Advanced Foreign Service Program to diplomats of the Ministry of Foreign Affairs and civil servants in the government, as of January 2007. The Academy launched its first master degree in September 2009, followed by bachelor degrees in September 2011.
Əlaqə vasitələri:
Mühafizəçi
ADA Universiteti Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. ADA Universitetində Mühafizəçi vəzifəsini yerinə yetirən işçi qonaqların qarşılanması və qeydiyyatı, ofis obyektlərinin xarici və daxili ərazilərinin monitorinqi və müşahidəsinin təmin edilməsini, o cümlədən müşayiət və ictimai təhlükəsizlik xidmətlərini yerinə yetirir və bütün fövqəladə hallara qarşı hazırlıqlı olur.
Vəzifə öhdəlikləri:
- Müəyyən olunmuş ərazidə nəzarət işlərinin yerinə yetirilməsi;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək.
- Universitetin ərazisində müəyyən edilmiş giriş-çıxış postlarında keçidə nəzarət və elektron buraxılış sistemini tənzimləmək;
- Qorunan obyektə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanılması, qarşılanması və istiqamətləndirilməsi;
- Gələn qonaqların müvafiq kitabda və ya kompyuter sistemində qeydiyyatını, müvəqqəti buraxılış vəsiqələrinin verilməsini təmin etmək;
- Qorunan ərazidə patrul keşiyinin həyata keçirilməsini təşkil etmək;
- Əraziyə daxil olan və ərazidən çıxarılan əşyalara (mallara), açarların verilməsinə nəzarət və onların qeydiyyatını aparmaq;
- Poçt ilə göndərilən məktub və bağlamaların qəbul etmək və aidiyatı üzrə çatdırmaq;
- Yanğından mühafizə təhlükəsizliyi tədbirləri ilə əlaqədar təlimatın yerinə yetirmək, yanğın təhlükəsi yarada biləcək şəraiti aşkar edib qarşısını almaq;
- Vacib qonaqların müşaiyəti və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
- Baş vermiş hadisələr barədə müvafiq kitabda qeydiyyatın aparılması, hər bir hadisə barədə rəhbərliyə yazılı (və ya şifahi) məlumat vermək;
- İş satı və tədris prosesi bitdikdən sonra, tədris korpusları, sinif otqağları və qeyri-tədris məkanlarına baxış keçirilməsini. Ərazidə təsbit edilmiş nasazlıqlar və sızmalar barədə məruzə etmək;
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
- Bakalavr dərəcəsi arzuolunandır;
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
- Mühafizə sahəsində minimum 3 il iş təcrübəsi;
- Məxfiliyi qorumaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Problemləri vaxtında aşkar etmək və mövcud təhlükəsizlik prosedurlarını təmin etmək bacarığı;
- Minimum başlanğıc səviyyədə ingilis dili biliyi arzuolunandır.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.