Amal Group

Şirkət haqqında:
AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir.
Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk.
AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq.
“AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi
Əlaqə vasitələri:
Yardımçı fəhlə
Vəzifə öhdəlikləri:
- İstehsalat sahələrində, tikinti meydançalarında, anbar, baza və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi.
- Ehtiyatlı olmağı tələb edən (rulon, taxta, kərpiç, mişar daşı, metal və torbalara yığılmış materialların, yeşik, çəllək, karton, kağız, faner, mişar materialların və s.) yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqla daşınması və ştabelə yığılması.
- Toz şəklində olmayan dağılan (tökülən) materialların (çınqılın, qumun, şlakın, tullantıların, taxta yonqarının, metal qırıntılarının və digər istehsalat tullantılarının) yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması.
- Döşəmənin, pəncərə, tara, qab, ehtiyat hissələri və məmulatların yuyulması.
- Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi və boşaldılması.
- Bütün növ yüklərin əl arabası və ya mexaniki vasitələrlə daşınması.
- İstehsalat sahələrində, tikinti meydançalarında, anbarda və s. yardımçı və köməkçi işləri yerinə yetirir;
- Yaşıl bitkilərin qoyulması, bağça, qazonların bölgüsü və idman meydançalarının tikilməsində mürəkkəb işləri yerinə yetirir;
- Torpaq topası ilə ağacların qazılıb çıxarılması, ağac topalarının qablaşdırılması, ağac qabdan azad etməklə avtokranlarla ağacların yüklənməsi, boşaltma və əkin çuxurlarında basdırılması, köklü sistemlərin kəsik yerlərinin emal edilməsi və təmizlənməsi, ağacların cavanlaşdırılması, zədələnmiş budaqların seçilmə və götürülməsi, quru budaqcıqların kəsilməsi.
- Toz şəklində olmayan tökülən materialların (çınqılı, qumu, şlakı, kömürü, zibili, taxta kəpəyini, metal qırıntılarını və digər tikinti üzrə istehsalat tullantılarını) yükləyir, boşaldır, əl ilə və ya arabacıqlarla daşıyır və yığır;
- Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) yükləyir, boşaldır, əl ilə və ya arabacıqlarla daşıyır və yığır;
- Tikinti ərazisini, yolları, yeraltı yolları təmizləyir;
- Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmağa usta heyətə kömək edir.
Müsahibə üçün müraciət ünvanı:
Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Binəqədi
- Yaş həddi: 18-45
- Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Yardımçı fəhlə” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.