SAT Group

Şirkət haqqında:
SAT Group şirkəti 2014 – ci ildə təsis olunub. SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir. SAT Group inşaat, qida, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda çalışan bir çox şirkətlərə konsaltinq xidməti göstərmiş, biznesin inkişaf etdirilməsinə yardımçı olmuşdur. Son 2 il müddətində SAT Group təlimlərində 400-dən çox şirkətin 2000-ə yaxın əməkdaşı iştirak etmişdir. SAT Group şirkəti 2017-ci ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşıdır.
Əlaqə vasitələri:
Kommersiya layihələri təcrübəçi
Təcrübə müddəti: 3 ay
Təcrübə proqramı: Ödənişlidir
Komandamıza kommersiya layihələri üzrə təcrübəçi axtarırıq. Təcrübə proqramı ərzində namizəd real layihələrdə iştirak edəcək, bazar araşdırmaları, rəqəmsal təhlillər və satış strategiyalarının hazırlanması kimi vəzifələrdə komandanı dəstəkləyəcək.
Təcrübə proqramı sizə nə qazandıracaq:
- Kommersiya layihələrində peşəkar komanda ilə çiyin-çiyinə işləmək;
- Data toplama, təhlil və hesabat yazmaq bacarığını inkişaf etdirmək;
- Mentor dəstəyi və həftəlik geribildirimlər;
- Konsaltinq və kommersiya sahəsində praktiki biliklər;
- Təcrübə müddətini təsdiqləyən rəsmi sertifikat;
- Uğurlu nəticə göstərən iştirakçılara gələcəkdə əməkdaşlıq imkanı.
Namizədə tələblər:
- Ali təhsil (marketinq, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Analitik düşünmə və yazılı təqdimetmə bacarığı;
- Azərbaycan dili yaxşı səviyyədə (ingilis dili olması üstünlükdür)
- MS Office (xüsusilə Excel və PowerPoint) və ya Google Workspace ilə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və öyrənməyə motivasiyalı olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.