AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
L2 Texniki dəstək mütəxəssisi
Departament: Rəqəmsal Həllər/Məhsul inkişafı şöbəsi
Ümumi tələblər:
- IT sahəsində baza texniki biliklərə malik olmaq (OS, şəbəkə anlayışları, brauzer troubleshooting və s.);
- API inteqrasiyaları ilə işləmə prinsipləri haqqında ümumi anlayışın olması (sorğu-cavab mexanizmi, status kodları, JSON formatı və s.);
- Mobil tətbiq və veb tətbiqlərdə istifadəçi tərəfində baş verə biləcək texniki problemləri analiz edib, ilkin mərhələdə həll edə bilmək;
- Proqramçının müdaxiləsini tələb etməyən texniki məsələləri müstəqil şəkildə araşdıra və həll edə bilmək;
- İstifadəçi müraciətlərini təhlil edərək aidiyyəti komandaya düzgün və tam şəkildə yönləndirmək bacarığı;
- Troubleshooting bacarıqları, log analiz və testlər aparmaq bacarığı;
- Müxtəlif komandalarla (dev, QA, məhsul və s.) əməkdaşlıq edə biləcək səviyyədə kommunikasiya bacarıqları;
- Səlis yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dili və texniki səviyyədə ingilis dili arzuolunandır).
Üstünlük sayılacaq:
- Jira, Confluence, Postman kimi alətlərlə işləmə təcrübəsi;
- SQL sorğuları ilə sadə məlumat çıxarışları edə bilmə bacarığı;
- Monitorinq və ya log sistemləri (məsələn: Kibana, Grafana, Sentry) ilə tanışlıq;
- Mobil və ya veb tətbiqlərin texniki quruluşu haqqında ümumi anlayış.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.