Azprotein Foods Group

Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Personal aşpaz
Namizədə Tələblər:
- Yaş həddi: 30 - 45 yaş
- Xanım namizəd tələb olunur.
- Buzovna qəsəbəsi və ətraf yaxın qəsəbələrdə yaşaması.
Vəzifə öhdəlikləri:
- Menyunun tərtib edilməsi;
- Menyuya daxil olan xörəklərin hazırlanması üçün xammalların sifariş edilməsi;
- Kütləvi istehlak üçün şorbaların, əsas xörəklərin, soyuq və isti qəlyanaltıların, xəmirdən məmulatların hazırlanması;
İş şəraiti
- Əmək haqqı: 600 manat
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: (050) 265 48 98 – namizədlərdən qeyd olunan nömrənin Whats app-na özləri haqqında məlumat yazmaları xahiş olunur.