Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
1C operator
Vəzifə öhdəlikləri:
- Bütün istehsal əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
- Anbar və bütün istehsal sexlərinin qalığına nəzarət;
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti (Dondurma istehsalı zavodu).
Tələblər:
- Ali təhsilli;
- Yaş: 25 — 40 yaş;
- Məsulliyyətli, ciddi və işguzar olmalı;
- 1C operator sahəsində 1-3 il iş təcrübəsi;
- Ali təhsil;
- MS Office, 1С (8.3) proqramında sərbəst işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Sulutəpə qəsəbəsi;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: 900 – 1100 azn
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “1C operator” Mövzu bölməsində göstərin.