Clopos

Şirkət haqqında:
Clopos restoran biznesləri üçün yeni nəsil bulud əsaslı POS həllidir. 2018-ci ildə Bakıda qurulmuş şirkət hazırda Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Gürcüstan və s. olmaqla müxtəlif ölkələrdə 1300-dən çox restoran biznesinə xidmət göstərir. Məqsədimiz Yemə & İçmə sektorunun öndə gedən POS həlli olaraq unikorn şirkətə çevrilməkdir. Komandamıza qoşulacaq və missiyamızda bizimlə birlikdə çiyin-çiyinə çalışacaq təcrübəli, enerjili əməkdaş axtarışındayıq!
Əlaqə vasitələri:
Menyu Tərtibatçısı
Namizədə tələblər
- Azərbaycan dilində səlis danışıq və qrammati cəhətdən düzgün yazmaq bacarığı.
- Rus dilini danışıq səviyyəsində bilməlidir.
- MS Office proqramlarında (xüsusi Excel) yaxşı səviyyədə işləməyi bacarmalıdır.
- Diqqətli, məsuliyyətli, təşəbbüskar və operativ olmalıdır.
- Kreativ düşünməyi bacarmalı və menyu tərtibatına maraqlı olmalıdır.
- Hazır məhsul siyahısının şirkət tərəfindən təqdim olunmuş Excel şablonuna uyğun şəkildə yığılması bacarığı.
- Photoshop, Canva və bu kimi digər proqramlardan istifadə etmək bacarığı.
İş barədə məlumat
- Əsasən 25 yaşadək namizədlərə üstünlük verilir (Yeni karyera qurmaq istəyən gənc və enerjili şəxslər üçün daha uyğundur).
- Dost və dəstəkləyici komandada çalışma fürsəti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Yaradıcı və innovativ layihələrdə iştirak etmək imkanı;
- İş və şəxsi həyat balansını qorumağa diqqət;
- Motivasiyaedici bonus sistemi və sabit əməkhaqqı;
- Gənc və dinamik komandada karyera qurmaq şansı;
İş şəraiti
- İş saatı: Həftə içi hər gün 10:00 dan – 19:00 dək;
- İş qrafiki: Şənbə – Bazar
- Nahar: Şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.