ERTagro

Şirkət haqqında:
Meyvə və tərəvəz ticarəti babalarımızdan bizə miras qalmış bir məsləkdi. Ehalinin sayının gündən günə artdığı və sağlam gələcəyin təməllərinin məhz bu gündən yaradılmasına ehtiyac duyulduğu bir dövrdə insanların daha orqanik və daha təbii qidalar, xüsusilə də meyvə və tərəvəz əldə etmə cəhdləri, bizim işimizə daha məsuliyyətlə sarılmağımıza səbəb olmuş və insanlar qarşısındakı xidmətlərimizi hər zamankından daha çox inkişaf etdirməyimizlə nəticələnmişdir. Vaxt məhdudiyyəti səbəbindən artıq insanlar keçmiş dövlərdəki kimi tez-tez kəndlərə üz tutub təbii qida əldə edə bilmirlər yaxud həftəiçi işdən sonra uzun market kassası növbələrində vaxt keçirmək istəmirlər. Bütün bunları nəzərə alaraq biz, baba məsləyimizin hazırki davamçıları kimi, ticarətimizi zamanın tələbinə uyğun olaraq onlayn şəkildə həyata keçirməyə qərar vermişik. Məqsədimiz, ticarətimizi daha da şəffaf şəkildə davam etdərməkdir. İnternet üzerindən satilan malın hər ötən gün daha çox üstünlük təşkil etdiyi bir çağda təbii qidaların şəhərlərdə yaşayan insanların süfrəsinə asanlıqla çatdırılmasını təmin etməkdən zövq alacag, məmnuniyyət duyacağıq. Meyvə və tərəvəzlərin e-ticarəti sayəsində insanlar artıq yorucu iş günündən sonra əlavə olaraq bazarda da vaxt itirmək məcburiyyətində qalmayacaq, meyvə və tərəvəzlərini rahatlıqla sifariş edə biləcəklər.
Əlaqə vasitələri:
Xarici Satınalma üzrə təcrübəçi
İşin təsviri
- Karyeranıza birbaşa start vermək istəyirsinizsə, daha nə gözləyirsiniz? Biz sizi bizim maraqlı staj proqramımıza qatılmağa dəvət edirik. Bu proqram, istəkli profesional əməkdaşlarımızın sahədə təcrübə və qiymətli biliklər əldə etmək üçün unikal imkan təklif edir.
Təcrübə Proqramı haqqında:
2 ay müddətinə təşkil olunan staj proqramımız, motivasiyalı şəxslərə satınalma proseslərini ətraflı şəkildə başa düşmələrini təmin edəcək və onların bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcək şəkildə hazırlanmışdır.
Tələblər:
- Ali Iqtisadi Təhsil
- Dil biliyi: Rus və İngilis dili biliyi mütləqdir.
- Yaş: 21-30
- Cins:Fərq etmir.
- MS Office bilikləri (Xüsusi ilə Excel)
- Analitik düşünmə qabiliyyəti
- Məntiqi və riyazi analiz qabiliyyəti
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Təşkilatçılıq, koordinasiya qabiliyyəti
İş şəraiti:
- Təcrübə müddəti ödənişsizdir.
- İş vaxtı: 09:30-dan-18:30 dək
- İstirahət günləri: Bazar günü
- Nahar şirkət tərəfindən təmin edilir.
- Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin ediləcək
Qəbul Şərtləri:
- Sahə üzrə müvafiq marağın göstərilməsi.
- Əlaqə yaratma, komanda işi və problemləri həll etmə bacarığı.
- Sürətlə dəyişən və dinamik iş mühitinə uyğunlaşma qabiliyyəti.
Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunacaqdır.
Qeyd: Müraciət etmək istəyən namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Xarici satınalma üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz
Ünvan: Bakı şəhəri, Lökbatan, Binə bazarı yaxınlığı.