Unicapital

Şirkət haqqında:
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan Unicapital İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib
Əlaqə vasitələri:
Daxili nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;
- Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;
- Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;
- Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;
- Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;
- Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
- Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik
- Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.