Honours Academy

Şirkət haqqında:
Əlaqə vasitələri:
Exam Operations Specialist
“Honours Academy” olaraq beynəlxalq standartlara uyğun imtahanların təşkili və idarə olunması sahəsində məsuliyyət daşıyacaq, texniki və inzibati proseslərə nəzarət edə bilən, tələbə yönümlü “Exam Operations Specialist” axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- İmtahan otaqlarının texniki və fiziki cəhətdən hazır vəziyyətə gətirilməsi (kompüter və digər avadanlıqların yoxlanılması, oturacaq planının hazırlanması)
- İmtahan iştirakçılarının qeydiyyatının aparılması və şəxsiyyətinin yoxlanılması
- Qadağan olunmuş əşyaların (mobil telefon, qeyd dəftəri və s.) zala daxil edilməməsinə nəzarət
- İmtahanın başlanma və bitmə vaxtının dəqiq elan olunması, vaxt siqnallarının verilməsi
- İmtahan prosesində texniki və inzibati problemlərə operativ şəkildə müdaxilə edilməsi
- Zalda fiziki olaraq və/və ya kamera vasitəsilə iştirakçıların müşahidə olunması
- Qayda pozuntuları olduqda müvafiq protokollar üzrə qeydiyyatın aparılması
- İmtahan sonrası sistem “log”larının və digər materialların təhlükəsiz şəkildə toplanması
- Mümkün insident və ya şübhəli hallar barədə hesabatların hazırlanması
- İştirakçıların imtahan platformalarında qeydiyyatı, hesab yaradılması və texniki dəstəyin göstərilməsi
- Ödəniş prosesi və qeydiyyat tarixləri ilə bağlı istiqamət və dəstək verilməsi
- Sertifikat, nəticə, modul dəyişiklikləri və digər inzibati məsələlərin əlaqələndirilməsi və icrası
Namizəddən gözləntilərimiz
- Yüksək səviyyədə şifahi və yazılı ingilis dili biliyi (mütləqdir)
- Tələbə və müştəri yönümlü yanaşma
- Yüksək məsuliyyət, dəqiqlik və operativ qərarvermə bacarığı
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) platforması ilə işləmə bacarığı
- Təlim, tədbir və sistem idarəçiliyi üzrə baza bilikləri
İş qrafiki və istirahət
- 6 günlük iş rejimi
- İstirahət günü həftə içində təyin olunur
Təklif etdiyimiz imkanlar
- Peşəkar və dəstəkləyici komanda mühiti
- Sabit və sistemli iş prosesi
- Müxtəlif inzibati və texniki bacarıqlar üzrə bilik artırma imkanı
- Gələcəkdə vəzifə artımı və daxili rotasiya imkanları
- Gündəlik imtahan idarəçiliyi təcrübəsi ilə peşəkar inkişaf
Müraciət qaydası
- CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Exam Operations Specialist” qeyd etməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.