Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Məlumat Bazasının İnzibatçısı
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda, "Məlumat Bazasının İnzibatçısı " vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Verilənlər arxitekturasının başa düşülməsi, tələblərin toplanması və düzgün strukturun müəyyənləşdirilməsi.
- Biznes ehtiyaclarına uyğun, optimallaşdırılmış və etibarlı verilənlər bazası strukturlarının layihələndirilməsi və MSSQL sistemlərinin quraşdırılması, konfiqurasiyası.
- Rutin idarəetmə işlərinin həyata keçirilməsi:backup, restore, patching, health check
- Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.)
- SQL Server AlwaysOn Availability groups and Failover Clusters həllinin quraşdırılması və idarə olunması
- Günlük tapşırıqların yerinə yetirilməsi, problemlərini həll olunması, digər bölmələrdən gələn tələblərin icra olunması üçün devloper, infrastruktur,proqram dəstək komandaları ilə iş birliyi
- Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi
- Proqramlaşdırma və data mühəndisliyi komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılması üzrə dəstək verilməsi
- ETL paketlərinin (məsələn, SSIS) hazırlanması, saxlanılması və data köçürmə proseslərinin idarə olunması.
- Performans problemi baş verdikdə server konfiqurasiyasının tənzimlənməsi də daxil olmaqla performansın yaxşılaşdırılması üçün ən optimal həllin seçilməsi
Tələblər:
- Kompüter elmləri, informasiya texnologiyaları və əlaqədar sahələr üzrə bakalavr təhsili;
- MS SQL Server 2014/2016/2017 versiyalarında minimum 2 il real iş təcrübəsi.
- Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi, HA texnologiyaları üzrə bilik və təcrübə;
- SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS) üzrə biliklər;
- Azure Cloud platforması və Azure xidmətləri ilə iş təcrübəsi üstünlükdür.
- Windows server mühitində praktik iş bacarıqları;
- Database monitorinq və idarəetmə vasitələri ilə tanışlıq;
- Professional sertifikatların olması arzuolunandır (məsələn, MCSA, MCSE və s.).
- Texniki ingilis dili bilikləri;
- Güclü analitik düşüncə, problem həll etmə bacarığı.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məlumat Bazasının İnzibatçısı” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.