Qalan

Şirkət haqqında:
Mərkəzi Asiya ölkələrində riyaziyyat üzrə aparıcı təhsil platformasıdır. Şirkət 6 ildir fəaliyyət göstərir və dünyanın müxtəlif yerlərində 1.000.000-dan çox tələbəyə kömək edib.
Əlaqə vasitələri:
Satış şöbəsinin rəhbəri (EdTech sahəsi)
Vəzifə öhdəlikləri:
- Satış şöbəsinin əməkdaşlarının təlim və peşəkar inkişaf prosesinin təşkil olunması;
- AmoCRM sistemində effektiv işləmə bacarığı;
- Satış planının icrasına nəzarət və yerinə yetirilməsinin təmin edilməsi;
- Komandanın müəyyən hissəsinin idarə olunması və rəhbərliyi;
- Tapşırıqların bölüşdürülməsi, komanda üzvlərinin motivasiyası və inkişafına dəstək göstərilməsi;
- İdarəetmə proseslərinin optimallaşdırılması və səmərəli fəaliyyətin təşkili;
- Satış göstəricilərinin analizi və rəhbərlik üçün analitik hesabatların hazırlanması.
İş şəraiti:
- Əldə olunan nəticələrə əsasən rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- İş qrafiki: 6 iş günü / 1 istirahət günü, saat 11:00-dan 19:00-a qədər;
- Peşəkar, mehriban və motivasiyalı komanda ilə əməkdaşlıq imkanı;
- Şirkətin inkişafına töhfə vermək və şəxsi təşəbbüslərlə fərqlənmək üçün geniş imkanlar.
Namizədə tələblər:
- Satış sahəsində və komanda idarəçiliyində minimum 1 il iş təcrübəsi;
- CRM sistemləri ilə işləmək bacarığı;
- Satış skriptləri və KPI-ların hazırlanması və tətbiqi üzrə bilik və təcrübə;
- Strateji düşünmə qabiliyyəti və operativ qərarvermə bacarığı;
- Yüksək səviyyədə kommunikasiya, liderlik və komanda ruhunu ilhamlandırmaq bacarığı;
- Azərbaycan və rus dillərini sərbəst bilmə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.