Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Nəticəyönümlülük
- Fikrini səlis ifadə etmək
- Stressə davamlılıq
İşin təsviri:
- Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi;
- Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
- Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi;
- Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi;
- Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi;
- İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
- Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi;
- İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi;
- TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi;
- Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.
Əlavə qeydlər: İş qrafiki: Növbəli iş
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.