İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
- Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Nəticəyönümlülük
İşin təsviri:
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
- Konseptual sənədlərinin hazırlanması və kargüzarlıq işlərinin təşkil edilməsi;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə zəruri hesabatların hazırlanmasında iştirak edilməsi;
- TƏBİB-in struktur bölmələri və tabeli tibb müəssisələrindən məlumatların alınması üçün sorğuların göndərilməsi;
- Sahə üzrə təkmilləşdirilmə təkliflərinin hazırlanması.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi - Məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.