Baş Memar (Senior Architect)
İş yeri: Renee Architecture and Design
Hesabat verir: Baş direktora
Vəzifə öhdəlikləri
Memarlıq konseptlərinin və layihələrinin hazırlanması
- Müştəri tələbləri və büdcəyə uyğun innovativ həllərin yaradılması
- Ümumi konseptin və dizaynın işlənməsi
Layihə proseslərinin koordinasiyası
- Layihələrin ilkin mərhələdən təhvilə qədər idarə edilməsi
- Müddət, büdcə və keyfiyyətə bütöv nəzarət
Müştərilərlə iş
- Görüşlərin təşkili, konsept və layihələrin təqdimatı
- Müştəri rəylərinə uyğun düzəlişlərin edilməsi
Komandaya rəhbərlik
- Gənc memarların, dizaynerlərin və subpodratçıların işinin koordinasiyası
- Mentorluq və peşəkar dəstəyin göstərilməsi
Texniki nəzarət
- İşçi çertyojların və sənədlərin hazırlanmasında iştirak
- Tikinti standartlarına uyğunluğun təmin edilməsi
Podratçılar və təchizatçılarla əməkdaşlıq
- Materialların seçimi və texniki həllərin razılaşdırılması
- Tikinti sahəsində icraya nəzarət
Analiz və optimallaşdırma
- Risklərin qiymətləndirilməsi
- Layihələndirmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
Namizədə tələblər
Təhsil və təcrübə
- Memarlıq ixtisası üzrə ali təhsil
- Baş memar kimi 7–10 il iş təcrübəsi
- İri və kompleks layihələrin uğurla həyata keçirilməsi
Texniki biliklər və proqram bacarıqları
- Archicad, AutoCAD, 3ds Max, Lumion proqramlarında peşəkar səviyyə
- Revit və SketchUp bilikləri üstünlükdür
- Müasir tikinti texnologiyaları və materialları barədə təcrübə
- Layihə idarəetməsi və komanda ilə işləmək bacarığı
Şəxsi keyfiyyətlər
- Liderlik və qərarvermə bacarığı
- Yüksək məsuliyyət və detallara diqqət
- Yaxşı ünsiyyət və komanda ruhu
Əlavə tələblər
- İngilis dili və ya digər xarici dillər — minimum B2 səviyyəsi
- Sıx iş rejimində işləmək bacarığı
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi–Cümə (tam iş günü), Şənbə (yarım iş günü)
- Əmək haqqı: Rəqabətədavamlı, razılaşma əsasında
- Peşəkar inkişaf və unikal layihələrdə iştirak imkanı
Rezümelərinizi və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Renee Architecture and Design komandamıza qoşulun və memarlıqda yeni zirvələri birlikdə fəth edək.