Saffron Group

Şirkət haqqında:
Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
Əlaqə vasitələri:
Elektrik (Dalğa Light)
Vəzifə öhdəlikləri:
- Yüksək və aşağı gərginlikli elektrik xətləri və panellərlə iş
- Mövcud elektrik sistemlərinin texniki baxışı və təmiri
- Yeni elektrik avadanlıqlarının quraşdırılması və sazlanması
- Təhlükəsizlik qaydalarına uyğun şəkildə sahədə texniki işlərin görülməsi
Namizədə olan tələblər:
- Elektrik kimi otel sistemində minimum 2 il iş təcrübəsi mütləqdir
- Yüksək və aşağı gərginlikli elektrik avadanlıqları ilə işləmə bacarığı
- Elektrik sxemlərini oxuma və texniki sənədlərlə işləmə bacarığı
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması sahəsində bilik və təcrübə
- Elektrik kabellərinin çəkilişi, montajı, quraşdırılması və sazlanması üzrə bacarıqlar
- Təhlükəsizlik texnikası qaydalarına ciddi şəkildə riayət edən
- Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
İş yeri: Mərdəkan
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.