Elektrik mühəndisi
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə müşahidə prosesini həyata keçirmək;
- Mövcud bazar qiymətləri əsasında elektrik materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin təqvim üzrə planlamasını təmin etmək;
- Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından elektrik işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
- Tender təklifləri üçün təfərrüatlı elektrik işlərinin büdcə siyahısını hazırlamaq;
- Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi.
Namizədə tələblər:
- Elektrik mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Layihələrin Elektrik işləri ilə bağlı Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 illik təcrübə;
- Elektrik işləri və metodologiya üzrə sahədə təcrübə mütləqdir;
- İnfrastruktur layihələrində təcrübə üstünlükdür;
- Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir;
- Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür;
- Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət et düyməsində qeyd olunan elektron ünvana CV göndərə bilərlər: