Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Strategiya və layihə idarəetməsi departamenti / Layihə idarəetməsi şöbəsi / Şöbə rəhbəri
Vəzifənin funksiyaları:
- Şöbə əməkdaşlarının vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətlərini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
- Departamentin əməliyyat planının, habelə illik büdcə planının hazırlanmasında iştirak edir;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə departament direktoru qarşısında vəsatət qaldırır;
- Departamentin əsasnaməsinə müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəfləri müəyyən edir;
- Şöbənin funksiyalarının təkmilləşdirilməsini təmin edir;
- Strateji fəaliyyət istiqamətlərinin müəyyən olunmasında və təşəbbüslərin prioritetləşdirilməsində iştirak edir;
- Bankın strategiyasından irəli gələn proqram və layihələrin, həmçinin müstəqil layihələrin sənədləşmə və icra proseslərinə metodoloji və praktiki dəstək göstərilməsi prosesini təşkil edir;
- Proqram və layihələrin icrasının təhlili və monitorinqi prosesini təşkil edir, həmçinin icra nəticələri barədə rəhbərlik üçün mütəmadi hesabatların hazırlanmasını təmin edir;
- Mərkəzi Bank əməkdaşlarının proqram və layihə idarəetməsi standartları (proseslər, metodlar və idarəetmə alətləri) üzrə biliklərinin artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirir;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasını təmin edir və aidiyyəti üzrə təqdim edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmaları həyata keçirir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını həyata keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Kompetensiyalar:
Davranış kompetensiyaları:
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Komandada işləmə
- Məsuliyyətlilik
- Strateji düşüncə
- Stressə dözümlülük
- Təkmilləşməyə meyllilik
- Təqdimat bacarıqları
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
Liderlik kompetensiyaları:
- İdarəetmə
- Dəyişikliklərin idarəedilməsi
- Qərar qəbuletmə
- Təşkilatçılıq və planlaşdırma
Texniki kompetensiyalar:
- Strateji planlaşdırma
- Layihələrin idarə olunması
- Maliyyə üzrə biliklər
- Ümumi iqtisadiyyat və bankçılıq
Təcrübə:
- Müvafiq sahə üzrə minimum 5 il
Təhsil:
- Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları:
- MS Office (Microsoft Word, Excel, Power Point, Project, and Visio) – yüksək səviyyədə
Sertifikasiya:
- Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya (PMP, PMİACP və digər sertifikasiya) mütləqdir
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.