Cronos Construction

Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
Peşəkar İnteryer və Eksteryer dizayner
Vəzifə öhdəlikləri:
- Müxtəlif üslublarda interyer 3D dizayn görnüşlərinin hazırlanması
- Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması
- Kreativlik, zövqlülük olması.
- Verilmiş təlimatlar və informasiya əsasında ,dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edilməsi
- Şirkətin tələblərinə uyğun olaraq məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək.
- Son dizayn trendləri ilə işləmək və adaptasiya olmaq
- Günlük dizayn işlərilə bağlı öhdəliklərin yerinə yetirilməsi və rəhbərlik tərəfindən tapşırılan dizayn işlərinin vaxtında təhvil verilməsi
- Adobe PhotoShop , Adobe İllustrator kimi qrafik proqramlarda çalışmaq (Adobe After Effects və Adobe Premiere) proqramlarında çalışmaq üstünlükdür
- 3D animasiya videolarının və Motion-design çarxlarının hazırlanması (Video montaj) bilikləri üstünlükdür
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
- Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray,Corona və s.);
- Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;
- İngilis və rus dillərini bilmək arzu ediləndir;
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
Uyğun namizədlər mövzu bölməsinə vakansiyanın adını yazmaqla Müraciət Et düyməsində qeyd olunan poçt adresinə CV göndərə bilərlər.