İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Şirkət haqqında:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Əlaqə vasitələri:
Tibbi xidmətlərin strateji satınalması şöbəsinin mütəxəssisi/məsləhətçisi
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: İqtisadiyyat, səhiyyə iqtisadiyyatı, səhiyyə idarəetməsi, biznes analitika, tibb sahəsində ali təhsil;
- Təcrübə: Səhiyyə və tibbi sığorta sahəsində 1-3 il iş təcrübəsi üstünlükdür (vəzifədən asılı olaraq);
- Texniki biliklər: Excel, Power BI, PowerPoint proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Vəzifə öhdəlikləri:
- Göstərilən tibbi xidmət məlumatlarının toplanması, çeşidlənməsi, emalı və analitik təhlilinin aparılması;
- Regional və beynəlxalq səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlili və təkliflərin verilməsi;
- Tibb müəssisələrinin xidmət çeşidinin regional effektivliyinin təhlili, proqnozların hazırlanması;
- Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi;
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!