Finance Consulting and Audit

Şirkət haqqında:
“Finance Consulting and Audit” şirkərinin işçi heyyətinin və rəhbərliyinin audit, mühasibat və s. sahələrdə olan 30 ildən çox təcrübəsi, bizi bu sahədə liderlərdən biri halına çevirmişdir.
Fəaliyyətə başladığımız andan etibarən, hər ötən gün Azərbaycan Respublikasının iqtisadiyyatına və bizə müraciət edən mütərilərimizə öz müsbət tərisirimizi göstərdiyimiz üçün məmnunuq! Milli iqtisadiyyatımıza müsbət təsir göstərəcək hər bir sahibkara ən yüksək səviyyədə xidmət göstərmək bizim ən başlıca prioritetimizdir. Bu gün, “Finance Consulting and Audit” şirkəti olaraq, prioritetimiz istiqamətində müsbət addımlar atmış, maliyyə bazarında aparıcı mövqe tutmuş və özümüzün professional işləmək bacarığımızı sübut etməyə nail olmuşuq. Hal-Hazırda “Finance Consulting and Audit“ şirkəti, Azərbaycan Respublikasının audit, mühasibat uçotu, vergi, hüqüq, idarəetmə, biznesin təşkili və s. sahələrində xidmət göstərən aparıcı maliyyə şirkətlərindən biridir.
“Finace Consulting And Audit” şirkətinin üstünlükləri :
- Audit, mühasibat uçotu, vergi, hüquq, idarəetmə, biznesin təşkili və s. sahələrdə 30 ildən artıq təcrübə
- Yüksək, peşəkar, cəld xidmət, problemlərinin həllinə yönələn adekvat tədbirlər və münasib qiymət şkalası
- Məmnun mütərilər və mötəbər nüfuz dairəsi
- Hər bir mütəriyə fərdi yanaşma konsepsiyası
Əlaqə vasitələri:
Aparıcı mühasib
Namizədə olan tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- Aparıcı mühasib olaraq ən az 1-2 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili biliyi orta, ingilis dili orta səviyyədə;
- Peşəkar mühasib sertifikatı arzu olunandır;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: Namizədin bilik səviyyəsinə uyğun müsahibə əsasında tənzimlənəcək.
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Nərimanov rayonu, Xan Şuşinski 49, Green Plaza
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.