SoWhite bridal room

Şirkət haqqında:
2021-ci ildən fəaliyyətə başlayan SoWhite bridal Bakıda gəlinlik ve ziyafət geyimlərinin satışı ilə məşğuldur. Özündə bir çox premium Avropa, ərəb və Amerika couture markalarını birləşdirən butik şəhərin ən mərkəzi küçələrindən birində yerləşir.
Əlaqə vasitələri:
Satıcı
Vəzifə öhdəlikləri:
- Müştərilər ilə əlaqənin qurulması, gəlinlik və ziyafət geyimlərin təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması
Tələblər:
- Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Gəlinlik geyimlərin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
- Dil bilikləri: Rus dili(mütləqdir) və azərbaycan dili;
- Cins: Qadın
- Təhsil: Orta
- Yaş: 40 yaşa qədər
- Komandada işləmə bacarığı;
- Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
İş şəraiti:
- Qrafik 6 günlük 10.00-19.00;
- Əmək haqqı 600 AZN+bonus
- Ünvan: Uzeyir Hacibeyli 37/43, Baku, Azerbaijan.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: +994 50 760 00 20