Brend və Satınalma üzrə Mütəxəssis
İş yeri: Bakı, SOPHISS Şirkəti
İş rejimi: Tam ştat, ofisdə
SOPHISS — kosmetika və dəriyə qulluq məhsulları üzrə ixtisaslaşmış distribyutor və pərakəndə satış şəbəkəsidir. Hal-hazırda komandamıza Brend və Satınalma üzrə Mütəxəssis axtarırıq!
Vəzifələr öhdəlikləri:
- Brendlərin aylıq və illik satış planlarının hazırlanması
- Xarici və yerli tədarükçülərlə yazışmalar və məhsul sifarişlərinin təşkili
- Stok idarəetməsi: sifariş dövrləri, ehtiyat səviyyələri və tükənmə risklərinin analizi
- Rəqib və bazar analizləri
- Qiymət siyasətinin hazırlanması və yenilənməsi
- Hesabatların hazırlanması (satiş, dövriyyə, stok qalıqları və s.)
Tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Brend və ya satınalma üzrə təcrübə (minimum 1 il, FMCG və ya kosmetika sahəsi üstünlükdür)
- Təchizat zənciri və stok idarəetməsi barədə biliklər
- MS Excel və ya digər analitik proqramlarda işləmə bacarığı
- Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı
- Rus dili biliyi üstünlükdür
- Detallara diqqətli və analitik düşüncəli olmaq
Təklif etdiklərimiz:
- Kosmetika dünyasında dinamik və yaradıcı mühit
- Xarici brendlərlə iş və peşəkar inkişaf fürsətləri
- Stabil əmək haqqı və bonus sistemi
Müraciət üçün
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Brend və Satınalma üzrə Mütəxəssis” yazmağı unutmayın.