Abşeron Logistika Mərkəzi

Şirkət haqqında:
Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.
Əlaqə vasitələri:
Hesabatlıq üzrə mütəxəssis
Ümumi vəzifə öhdəlikləri:
- Gündəlik hesab fakturaların kəsilib göndərilməsi
- Gündəlik bank mədaxillərin sistemə işlənilməsi və debitor hesabatın hazırlanması.
- Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq.
- Gələn qaimələrin reyesterinin tutulması və ay ərzində gələn qaimələrin sistemə işlənilməsi.
- Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi.
- Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar).
- Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması.
- Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, İngilis dili üstünlükdür;
- Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını əla bilməli;
- Yüksək kommunikasiya bacarığı
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
Peşəkarlıq tələbləri:
- Dəqiq və diqqətli,
- Ciddi və məsuliyyətli,
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Təhlil qabiliyyəti,
- Problem həll etmə bacarığı,
- Reporting (hesabatvermə qabiliyyətli),
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hesabatlıq üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir)