North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Xəritə mühəndisi
İş yeri: Abşeron r.
Vəzifə öhdəlikləri:
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
- Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
- Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;
Vəzifə tələbləri:
- Coğrafiya ,Geodeziya və Kartoqrafiya, Xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil
- Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
- Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
- Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
- Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı
- ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti
- CİS sahəsində minimum 3 il iş təcrübəsi
- Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti
- Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəritə mühəndisi (Abşeron r.)” qeyd etməyiniz vacibdir.