Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinə Aparıcı məsləhətçi
İş yeri:
- Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:
- Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi və ya sosial-iqtisadi təhsil
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
- Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Analitik düşüncə
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Nəticəyönümlülük
İşin təsviri:
- Mövcud iş proseslərindəki risklərin, imkanların və təkmilləşdirilməsi zəruri olan sahələrin müəyyən edilməsi;
- TƏBİB və tabeli müəssisələrin proseslərinin təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Yeni proseslər və dəyişikliklərlə bağlı prosedurların hazırlanması və sınaq mərhələsində dəstək göstərilməsi;
- Daxili normativ sənəd layihələrinin hazırlanmasında və təhlil edilməsində iştirak edilməsi;
- Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması;
- Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV-lər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Mövzu sətrində “Proseslərin optimallaşdırılması şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.