Azeri Express Services

Şirkət haqqında:
1995-ci ildə Anar Qəribov tərəfindən Bakıda təsis edilmiş Məhdud Məsuliyyətli kuryer xidmətləri və nəqliyyat şirkətiyik. 2018-ci ildən dünyanın ən böyük poçt şirkəti olan FedEx şirkətinin Azərbaycanda yeganə nümayəndəliyiyik. Beynəlxalq və ölkədaxili çatdırılmaları həyata keçirilir.
Əlaqə vasitələri:
Baş Dispetçer
Vəzifə öhdəlikləri
- Dispetçer və Kuryer personalının idarə edilməsi;
- Kuryerlərin əraziyə göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək;
- Kuryerlərin günlük,həftəlik,aylıq iş qrafiklərini tərtib etmək və mütəmadi nəzarət etmək;
- Nəqliyyat vasitələrinin təyin olunmuş marşrut və planlaşdırılan iş həcmlərinə uyğun olaraq yanacağı təyin etmək;
Xüsusi tələblər
- Müvafiq sahə üzrə təcrübə mütləqdir;
- Ali təhsil;
- Nəqliyyat vasitəsilərinin texniki xarakteristikalarını bilməli;
- Kuryer işinin təşkilini bilməli.
- İdarəetmə qabiliyyəti, Komanda yığma və idarəetmə bacarığı yüksək olmalı;
- Rus və İngilis dil bilikləri arzuolunandır
- McOffice Excel və Word proqramlarını bilməlidi
Əmək haqqı: Aylıq məvacib 1000 AZN təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı şəhəri, Caspian Business Center
Müraciət üçün:
Namizədlərdən şəkilli CV-lərini “Dispetçer” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.