Air Group

Şirkət haqqında:
2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.
Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.
Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.
Əlaqə vasitələri:
Baş mühasib
Namizədə tələblər
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- MS Office və 1C 8.3 ERP proqramlarında işləmək bacarığı
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
İş barədə məlumat
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Əlavə dəyər vergisi;
- Ödəmə mənbəyində tutulan vergi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamə;
- Torpaq vergisi;
- DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqının hesablanması;
- Bank və kassa əməliyyatları;
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Əlavə məlumatlar:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.