Antaris

Şirkət haqqında:
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam istehsalı, poliqrafiya xidmətləri, və promosyon məhsulları daxildir. Digər fəaliyyət növü isə fərdi vətəndaşalr üçün – məktəb və yaradıcılıq ləvazimatlarının topdan və pərakəndə satışıdır.
Şirkət 16 ildən artıq fəaliyyət göstərir. Çalışdığımız eksklüziv və distribütor olduğumuz markalar – İP Svetocopy, Uni-Ball, Trodat, Griffon, Mondo, Forpus, Faber-Castell, YES, Gipta, MAS, Noki, Nestle, Jacobs, Mars, Lavazza, Selpak, SUN, Airwick, Johnson&Johnson, P&G, Lavazza və s.
Əlaqə vasitələri:
Sürücü (Şəxsi avtomobili olan)
İş barədə məlumat:
- Satış qaiməsi əsasında malları anbardardan təhvil alıb tamlığı pozulmadan müştərilərə çatdırılma və təhvil-təslimi icra etmək;
- Yerli alışlarda malları təchizatçılardan Təchizatçıya Sifariş (TS) üzrə təhvil almaq, sonra Şirkətin anbarına təhvil vermək.
- Anbar çatdırılma müdirinin və Çatdırılma supervayzeri bilavasitə tapşırıqlarının yerinə-yetirilməsi;
- Daxili nizam-intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Yaş: 22-45
- Xoş və səliqəli görünüşə sahib olmalı
- Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
- Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- İş stajı – sürücü olaraq 1 il;
- Sürücülük vəsiqəsi –BC;
- Şəxsi avtomobilin olması
- Şəhəri tanımaq;
İş şəraiti:
- İş günlərinin sayı 6 gün;
- İstirahət günü həftədə 1 gün;
- Əmək haqqı 800 AZN .
- 200 manat avtomobilin carı xərcləri üçün aylıq ödəniş və + məsafəyə uyğun yanacaq təminatı
- Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;
Qeyd; Yalnız Fiat doblo və Ford markalı avtomobillərə üstünlük verilir.
Namizədlər CV-lərini Qeydiyyatçı başlığı altında hr@antaris.az ünvanına göndərsinlər.