Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Şirkət haqqında:
High quality of work performed, the world's best construction equipment, the latest achievements in the field of construction, qualified multidisciplinary staff - this is what “EVRASCON” can offer you today.
Euro-Asian Construction Corporation “EVRASCON” (formerly “Azerkorpu”) was established in 1968 in Baku under the Ministry of Transport Construction of the USSR and began its activity as “Mostootryad-100”. As a result of privatization in 2001, the company received the status of a joint stock company. In 2013, a rebranding was carried out at Azerkorpu OJSC, as a result of which the company changed its name to the Euro-Asian Construction Corporation “EVRASCON”.
Əlaqə vasitələri:
Smeta mühəndisi
Vəzifə Öhdəlikləri:
- Layihə sənədləri və FHN-in təsdiqlədiyi resurs smetası əsasında ilkin və yekun tikinti smetalarının hazırlanması;
- Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi;
- Layihə çərçivəsində büdcə risklərinin müəyyən edilməsi və smeta dəyərinin risk analizləri ilə uyğunlaşdırılması;
- Layihə spesifikasiyaları ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Smetaya dair dəyişikliklərin sənədlərə vaxtında və düzgün şəkildə inteqrasiyası;
- Podratçı və ya üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilən smetaların texniki və normativ uyğunluq baxımından yoxlanılması və arayışların hazırlanması;
- Tikinti sahəsində faktiki iş həcmlərinin və materialların ölçülməsi, cədvəl və hesabatların tərtibi;
- Tikinti-quraşdırma və təmir işlərinin real bazar qiymətləri ilə qiymətləndirilməsi;
- Tikinti obyektlərinin yenidən qurulması və ya təmir olunması üçün titul vərəqələrinin hazırlanmasında iştirak;
Namizədə Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi;
- Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilmək;
- FHN-in resurs smeta sistemində sərbəst işləmək bacarığı mütləqdir;
- Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
- Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, 1C, Smeta+ ,Resurs smeta və digər profil proqram təminatları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsinə «Smeta mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər