Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Laboratoriya üzrə mütəxəssis
Sınaq Laboratoriyası şöbəsində “Laboratoriya üzrə mütəxəssis” vakansiyasını elan edirik. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
- Laboratoriyada yerləşən avadanlıqlarla AZS, ГОСТ, ISO və digər müvafiq standartlara əsaslanaraq analizlərin aparılması;
- Təhlil üçün lazım olan məhlulların və qarışıqların hazırlanması və düzgün saxlanılması;
- İstifadə edilən cihazların texniki qulluğunun həyata keçirilməsi və təmiz saxlanılması;
- İş yerinin gigiyenik və texniki baxımdan təhlükəsiz və işə hazır vəziyyətdə saxlanılması;
- Təhlükəsizlik, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
- Aylıq, rüblük və illik dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Laboratoriyada aparılan sınaqlar zamanı uyğunsuzluqlar müşahidə edildikdə prosesi dayandırmaq və rəhbərliyə məlumat vermək;
- Laboratoriyalararası müqayisəli analizlərin planlanmasında və icrasında iştirak etmək;
- Müqayisəli analiz nəticələrinə əsaslanaraq hesabatların hazırlanması və təqdim olunması;
- Ölçmə və analiz metodlarının araşdırılması, yeni metodların tətbiqi üzrə tövsiyələrin verilməsi;
- Avadanlıq və reaktivlərlə təminat vəziyyətinin izlənməsi, çatışmazlıqlar haqqında hesabatların hazırlanması;
- Sınaqların nəticələrinin izlənəbilənlik prinsipi üzrə tam sənədləşdirilməsi və arxivləşdirilməsi.
Tələblər:
Təhsil:
- Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.
Təcrübə:
- Ən azı 2 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis və rus dilləri – arzuolunandır.
Kompüter bilikləri:
- MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.
Texniki və normativ biliklər:
- Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
- ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
- Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
- Analitik düşüncə və çevik qərarvermə bacarığı;
- Sanitariya və ekoloji təhlükəsizlik normalarına uyğun fəaliyyət göstərmək bacarığı.
Sertifikatlar:
- ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).
Xüsusi şərtlər:
- Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Laboratoriya üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.