Best Tech MMC

Şirkət haqqında:
Best Tech” MMC 2018-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir və IT sferasında geniş təcrübəyə malik olmaqla, bu sahədə özünəməxsus yer tutur. Şirkətimiz Türkiyənin ən böyük toner və kartric istehsalçısı olan “İPM Toner”-in (Kirec ve Tugla Kimya San A.S) Azərbaycan üzrə rəsmi distribyuteri və tərəfdaşıdır.
Təcrübəli və yüksək ixtisaslı komandamızla müştərilərimizə hər zaman operativ və keyfiyyətli xidmətlər göstərmək, həmçinin Beynəlxalq ISO
Standartlarına cavab verən məhsullar təqdim etmək şirkətimizin təməl prinsiplərindəndir.
Şirkət olaraq bir çox Dövlət satınalmaları müsabiqələrində - Tender və Kotirovkalarda qalib gələrək, uğurla müxtəlif idarələrə, həmçinin özəl qurumlara xidmət göstərməkdəyik.
Əlaqə vasitələri:
Satış üzrə təmsilçi
Toner, kartric və printer məhsulları üzrə B2B və B2C satış bazarında fəaliyyət göstərən BEST TECH komandası, satış sahəsində təcrübəli və motivasiyalı satış üzrə təmsilçi axtarır.
Biz sizə nə təklif edirik?
- Əmək haqqı: 600 - 800 AZN (fix) + satışlardan yüksək faiz
- Uğurlu satışlara görə aylıq bonus sistemi
- Mövcud müştəri bazası və satış imkanları
- Peşəkar və dəstəkləyici mühit
- Rəsmi əmək müqaviləsi
- Orta aylıq gəlir: 1000–1500 AZN və daha çox
Vəzifə öhdəlikləri:
- Toner, kartric və printer məhsullarının B2B və B2C satışları
- Potensial müştərilərlə sahəvi görüşlər və təqdimatlar
- Müştəri portfelinin idarə olunması və xidmət keyfiyyətinin qorunması
- Yeni satış kanallarının və bazarların araşdırılması
- Satış sonrası əlaqələrin qurulması və davamlı əməkdaşlığın təşkili
- Həftəlik və aylıq hesabatların hazırlanması
- İş qrafiki: Həftənin 6 günü (Bazar günü istirahət)
Gözləntilər:
- 1–2 il aktiv satış və texniki məhsul sahəsində təcrübə (xüsusilə çöldə satış)
- Yüksək ünsiyyət bacarığı və inandırıcılıq qabiliyyəti
- Printer, toner və kartriclərlə bağlı ilkin texniki biliklər
- Fəal, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Azərbaycan dili – əla, rus dili – üstünlükdür
- MS Office, xüsusilə Excel proqramlarında sərbəst işləmək bacarığı
Müraciət üçün CV-nizi "Satış üzrə təmsilçi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.