Veysəloğlu-Rossmann

Şirkət haqqında:
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Əlaqə vasitələri:
POS marketinq üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- POS materialların mağazalar üzrə bölgüsü, sifariişin həyata keçirilməsi və izlənilməsi.
- Çap materiallarının təmin olunmasına nəzarət.
- Mağaza daxili və xarici reklam işlərini şirkət konseptinə uyğun təşkil etmək.
- POS marketinq layihələri üzrə mağazalarda ölçülər götürmək və mağazanı brandbook-da qeyd olunan normalar üzrə pos marketinq materialları ilə təmin etmək.
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
- İş prosesləri və nəticələrlə bağlı hesabat və təqdimatlar hazırlamaq.
- Mağaza ziyarətləri (“store checks”) keçirərək yerləşdirmə, qiymət etiketi, kampaniya aktivliyini yoxlamaq.
- POS standartlarının mağazalarda icrasını təmin etmək və korreksiya tədbirləri təklif etmək.
- POS materialları üçün tələb analizini, sifariş parametrlərini hazırlamaq.
- Vəziyyətlə bağlı gündəlik / həftəlik / aylıq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 3 il iş təcrübəsi.
- Xarici dil biliyi: İngilis dili biliyi üstünlükdür.
- Yaxşı ünsiyyət, təşkilatçılıq və komandada işləmək bacarığı.
- MS Excel biliyi
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “POS marketinq üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.