Medco Hospital Group

Şirkət haqqında:
Medco Hospital Group – Azərbaycanın sağlamlıq sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən Batıgöz, Biovista və Avicenna kimi bir neçə tibb mərkəzlərini özündə birləşdirən tibbi idarəetmə şirkətidir.
Bakı şəhəri ilə yanaşı bölgələrdə də fəaliyyət göstərən klinikalarımız oftalmoloji, laborator və ümumi tibbi xidmətləri təqdim edir. Təşkilat, peşəkar tibbi xidmət, müasir avadanlıqlar və pasient məmnuniyyətinə yönümlü yanaşmanı əsas prinsip kimi qəbul edir.
Genişlənmə planları çərçivəsində Medco, yaxın illərdə MDB və Mərkəzi Asiya ölkələrində yeni klinikaların açılmasını və regiondakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir.
Əlaqə vasitələri:
Aparıcı mühasib
Vəzifə üzrə tələblər:
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində
- İş təcrübəsi: minimum 1-2 il
- Kompüter bacarıqları: MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az, stat.gov.az dövlət platformaları, BTP proqramında işləmə bacarığı
- Vergi Məcəlləsi, Mühasibatlıq üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq sənədlərinin (qaimə-faktura, hesab-faktura, müqavilələr və s.) hazırlanması və uçotunun aparılması;
- ƏDV, ÖMV, DSMF, Statistika hesabatların hazırlanması və təqdim olunması;
- Vergi və digər dövlət qurumları ilə yazışmaların aparılması;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Pul vəsaitləri üzrə daxilolmaların işlənməsi və yerli ödənişlərin icrası;
- Elekton qaimələrin yoxlanılması və tərtib olunması;
- Gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması;
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası;
İş şəraiti və şərtləri:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç 45, (Fizuli Residence)
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı: Müsahibə əsnasında müəyyənləşdiriləcək.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Mühasib” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.