Intermak Group

Şirkət haqqında:
“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa zamanda öz sektrounun əsas şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi olub geniş satış, icarə və servis şəbəkəsi ilə xidmət göstərməkdədir. Regionun əsas logistika və sənaye şirkətlərində 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti olan müxtəlif HELİ forkliftləri böyük rəğbət görməkdədir. Şirkətimiz eyni zamanda Çinin əsas səbətli platform istehsalçılarından biri olan “SİNOBOOM” şirkətinin əsas partnyorlarından biridir. 43 metrəyə qədər yüksəklikdə işləmə qabiliyyəti olan bu səbətli platformlar yüksək hündürlüklü tikinti layihələrində geniş istifadə olunmaqdadır. Bunlara əlavə olaraq tikinti texnikaları sahəsində qabaqcıl istehsalçılardan biri oan “LİU GONG” şirkəti ilə də geniş əməkdaşlığımız mövcuddur Bu avadanlıqlarla yanaşı şirkətimiz müxtəlif sahələrdə istifadə edilən kənd təsərrüfatı, tikinti texnikaları, yük maşınları, forklift və anbar avadanlıqları üçün təkər satışı da həyata keçirməkdədir. Bu sahədə Holland markası olan “MAGNA TYRES” şirkətinin Azərbaycanda əsas partnyoruyuq.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə mütəxəssis
İş barədə məlumat
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və təsdiqlənməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin - hazırlanması;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi,hesablanması və mühasibə təqdim edilməsi.
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
- Vəzifə təlimatlarının yazılması;
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
- Ali təhsil (müvafiq sahə üzrə)
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili yaxşı,İngilis dili üstünlükdür.
- İş təcrübəsi: 1-3 il
- Komandada işləmək qabiliyyəti
- Müsahibə aparmaq bacarığı;
- Namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
- Güclü qərar qəbul etmə bacarığı.
- MC ofis proqramlarında müstəqil inkişaf
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
İş şəraiti
- İş qrafiki - 6 günlük
- Həftə içi 09:30 – 17:30
- Şənbə 10:00-15:00
- İş yeri: Bakı ş., Babək pr. 2360
- Əmək haqqı – 800-900 AZN. Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.