General Supply

Şirkət haqqında:
General Supply LLC 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması bizim tərəfimizdən optimal şəkildə həyata keçirilir. Biz, bütün nəqliyyat vasitələrinə yüklərin yüklənməsi və daşınması, gömrük rəsmiləşməsi, texnikaların icarəsi xidmətlərini təklif edirik. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərməyimiz bizə stabil və davamlı uğur qazandırır.
Əlaqə vasitələri:
Mühasib-operator
İş şəraiti
- İş qrafiki: Tam ştat / 5 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Vəzifə öhdəlikləri:
- 1C mühasibat proqramında gündəlik əməliyyatların işlənməsi;
- E-qaimə sənədlərinin hazırlanması;
- Bank əməliyyatlarının aparılması;
- Maliyyə sənədlərinin sistemli qeydiyyatı və arxivləşdirilməsi;
- Müəssisənin debitor və kreditor hesablarının dəqiqliyini təmin etmək məqsədilə müntəzəm olaraq qarşı tərəflərlə üzləşmələrin aparılması;
- Rəhbərliyin verdiyi digər mühasibatlıq tapşırıqlarının yerinə yetirilməsi;
Namizəddən tələblər:
- Mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- 1C proqramında və e-qaimə sistemində işləmə bacarığı;
- MS Office proqramları ilə işləmə qabiliyyəti;
- Dəqiqlik, məsuliyyət və operativlik.
Müraciət qaydası:
- CV-lərinizi mövzu hissəsində “Mühasib-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.