Nurgun Holding

Şirkət haqqında:
Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir.
«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.
“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.
“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.
Əlaqə vasitələri:
Avtomobil üzrə Satış məsləhətçisi
İş barəsində:
- Satışı ilə məşğul olduğu brend haqqında müştərilərə ətraflı məlumat vermək;
- Müştəri maraqlarını öyrənmək və ona ehtiyacına uyğun təkliflər etmək;
- Müştəri üçün test-drayv təşkil etmək;
- Kampaniyalar barəsində müştərini məlumatlandırmaq;
- Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
- Satılan avtomobili müştəriyə təhvil vermək;
- Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri (Rus və ingilis dili);
- Sürücülük vəsiqəsi;
- Avtomobil satışı sahəsində iş təcrübəsi;
- Müştəri ilə işləmək bacarığı;
- Ünsiyyətcil;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Normal xarici görünüş;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "avtomobil üzrə satış məsləhətçisi" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.