Ayan MMC

Şirkət haqqında:
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən bir sıra işlərin nəticəsi olaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdır. Buna parlaq misal olaraq 2005-ci ildə yaradılmış “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar.
“Ayan”MMC-nin yaradılmasında əsas məqsəd dünya standartlarına cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, onun daxili və xarici bazarda yayılmasını təşkil etməkdir.
Şirkətdə dünya standartlarına cavab verən texnoloji avadanlıq quraşdırılıb. Burada istehsal olunan məhsullara ciddi nəzarət vardır. Şirkətimizdə tətbiq olunan beynəlxalq ISO 9000 və ISO 22000 sistemlərinin tətbiqi buna bariz nümunədir.
Şirkət onun modernizasiyası üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırmasını, estetik görünüşünü yeniləşdirərək istehsalın həcmini artırır.
“Ayan” MMC istehsal olunan yüksək keyfiyyətli məhsulların eksportu sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində böyük istehsalçı şirkətlərlə uğurlu əməkdaşlıq sahəsində böqük təcrübə qazanıb. Hal-hazırda şirkətimiz alıcılara qida məhsullaırının böyük seçimini təqdim etməyə hazırdır.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Menecer
Ayan MMC şirkəti “İnsan Resursları üzrə Menecer” üzrə CV-lərin qəbulunu elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə və rəhbərin əmrlərinə uyğun işçilərin qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
- İşçilərin şəxsi işlərinin aparılması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi və məzuniyyət əmrlərini rəsmiləşdirilməsi;
- Aylıq iş vaxtının uçot tabellərinin tərtib edilməsi;
- Vəzifə təlimatlarının yazılması;
- Əmək kitabçası, əmək müqaviləsi, tam maddi məsuliyyət, vəzifə təlimatı, büllüten, arayış, xasiyyətnamə, ərizlərin, izahatların alınması və günlük dövriyyədəki digər əmr və sənəd prosedurlarının hazırlanması və təqdim edilməsi;
- E-gov,Emas, İSB.az hökumət portalları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
- Kadrlara olan tələbatların (iş elanlarının yerləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) təmin edilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
- İşçi suallarının cavablandırılması, şikayət və təkliflərə baxılması;
- Rəhbərliyin göstərişinə əsasən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil
- Xanım namizəd
- 27 - 35 yaş
- Göstərilən vəzifə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
- ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları;
- Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Xırdalan, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 gün, 08:00 – 17:00
- Nahar şirkət hesabına
- Korporativ nömrə ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini qeyd olunmuş Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “İnsan Resurları üzrə Menecer” qeyd etməklə göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504