Azera Holding

Şirkət haqqında:
Əlaqə vasitələri:
Sürücü
“AZERA Holding” MMC tərkibindəki Katan Textile MMC Sürücü vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Şirkətin tapşırığına əsasən müəyyən edilmiş marşrut üzrə yük və ya əməkdaşların vaxtında və təhlükəsiz şəkildə daşınması
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, gündəlik yoxlanılmasını təmin etmək
- Avtomobilin təmizliyinə və səliqəsinə daim diqqət yetirmək
- Yanacaq və digər sərfiyyat materiallarının uçotunu aparmaq
- Təyin olunmuş ünvanlara sənədlərin və ya məhsulların düzgün və vaxtında çatdırılması
- İcra olunan marşrutlar və istifadə edilən yanacaqla bağlı gündəlik hesabatların təqdim edilməsi
- Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmək
- Şirkətin daxili intizam və etik qaydalarına əməl etmək
- Avtomobildə yaranan nasazlıqları dərhal rəhbərliyə bildirmək və servisə yönləndirmək
Namizədə tələblər:
- Təhsil: Orta
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili üstünlükdür
- İş təcrübəsi: Müvafiq sahədə min 2 il
- Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, məsuliyyətli, yol hərəkəti qaydalarını bilməli
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: 700 AZN
- İş yeri: Bakı şəhəri, N. Nərimanov, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “Sürücü” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .