Biznes analitika üzrə böyük mütəxəssis
İş yeri: Bakı
Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə sığorta bazarın/məhsulların, proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması;
- Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi;
- Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin iş axınlarının qurulması (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
- İnkişaf qrupuna nəzarət, buraxılışlar və yeniləmələr üçün nəzərdə tutulmuş müddətlərə riayət edilməsi, sprintlərin formalaşdırılması, tapşırıqların və tələblərin ümumi siyahısının aparılması, geriləmənin idarə edilməsi;
- Sprintin sonunda məhsulun sınaqdan keçirilməsi və keyfiyyətinə nəzarət;
- Sistem daxilində məlumatların idarə edilməsi: həmçinin inteqrasiya yolu ilə əldə edilən məlumatlara nəzarət;
- Optimallaşdırma məqsədlərinin qoyulması, daxili və xarici axtarış sisteminin optimallaşdırılması, təhlili və yeni ideyaların yaradılması;
- Maraqlı tərəflər ilə görüşlərin keçirilməsi, görüş protokolların hazırlanması;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar (arzu olunandır);
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- İnteqrasiya edilmiş platformalarda interaktiv idarə panellərinin yaradılması təcrübəsi, vizuallaşdırma alətləri üzrə biliklər;
Məhsul araşdırma bacarıqları (müştəri inkişafı, dizayn düşüncəsi, ux-araşdırma və s.);
Məlumatın vizuallaşdırılması alətlərində bacarıqlar - Miro, sınaq üçün prototiplərin yaradılmasında əsas bacarıqlar, məsələn, Figma-da. - Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Təqdimat bacarığı;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə cv-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.