Azera Holding

Şirkət haqqında:
Əlaqə vasitələri:
Anbardar
“AZERA Holding” MMC tərkibindəki müəssisədə Anbardar vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
- Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
- Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
- Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
- Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi.
- Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan və rus dili
- İş təcrübəsi: Müvafiq sahədə min 2 il
- Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, stressə davamlı, məsuliyyətli
- MC Office və 1C proqram bilikləri, Outlook
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: 1000-1200 AZN
- İş yeri: Bakı şəhəri, N. Nərimanov, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “Anbardar” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.