Pizza Mizza

Şirkət haqqında:

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.

"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.

İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.

2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.

10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.

24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.

Əlaqə vasitələri:

Maya Dəyəri üzrə Kiçik Mütəxəssis

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

Vəzifə öhdəlikləri:

  • Məhsulların maya dəyərinin hesablanması və istehsal/material/əmək xərclərinin təhlili
  • Qiymət məlumat bazasının hazırlanması və məhsul qiymətlərinin düzgün formalaşdırılmasına dəstək
  • İnventar nəzarəti: alış-satışların izlənməsi, stok balansının qorunması, sayımların və hesabatların aparılması
  • ERP sistemlərində (1C, IIKO və ya oxşar) məlumatların işlənməsi və analitik hesabatların hazırlanmasına dəstək
  • Aylıq inventar sayımlarında iştirak və qaimələrin sistemə düzgün daxil edilməsinin təmin edilməsi

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya oxşar sahə üzrə ali təhsil
  • Maya dəyəri və xərclərin idarə olunması üzrə iş təcrübəsi (üstünlükdür)
  • MS Excel və ERP proqramları ilə (1C, IIKO və ya oxşar) işləmə bacarığı
  • Yüksək analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı
  • İnventar idarəçiliyi və mühasibat yoxlamaları üzrə təcrübə (üstünlükdür)
  • Azərbaycan dili əla səviyyədə, rus və ya ingilis dili üstünlükdür

İş şərtləri:

  • İş qrafiki: I–V günlər, tam iş günü
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • Nahar: Şirkət tərəfindən aylıq ödənilir
  • İş yeri: Bakı şəhəri, Babək Plaza

Maraqlananlar CV-lərini “Maya Dəyəri üzrə Kiçik Mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap