Sağlam Ailə

Şirkət haqqında:
2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial və 4 “ASAN XİDMƏT” Mərkəzində Qanalma məntəqəsi fəaliyyət göstərir.
ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.
Əlaqə vasitələri:
Qeydiyyatçı
Namizədə olan tələblər:
- Ali və orta ixtisas təhsilli;
- Azərbaycan və rus dilləri - əla;
- İş təcrübəsi tələb olunmur;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı 450 azn;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Vəzifə və öhdəliklər:
- Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;
- Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;
- Pasiyentə müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları verir.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.