Collezione Italia

Şirkət haqqında:
Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – 3 mərtəbəli 35 min kvadrat metrlik böyük bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.
Əlaqə vasitələri:
Satış təmsilçisi – Mətbəx mebeli
“Collezione Italia” - fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkət üçün “Satış təmsilçisi – Mətbəx mebeli” vakansiyasını elan edir.
Vəzifə barədə məlumat:
- Mətbəx mebelləri istehsalçısı olan fabriklərin məhsullarının satışının həyata keçirilməsi;
- Məhsulun təqdim edilməsi və məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
- Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli iş münasibətləri yaratmaq və onu qorumaq;
- Müştəriyə brend məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimində köməklik göstərmək;
- Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçülərin götürülməsi;
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək, mağazanın işgüzar nüfuzunun qorunması.
Tələblər:
- Luks seqmentdə Mətbəx və digər mebelin satışında minimum 1-3 il iş təcrübəsi olmalı;
- Dil bilgiləri: Azərbaycan, Rus dillərində danışıq qabiliyyəti olması vacibdir. (ingilis dili biliyinin olması arzuolunandır;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Yüksək satış qabiliyyəti olmalı;
- AutoCAD proqramından istifadə etməyi bacarmalıdır.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində - 6 iş günü, istirahət- 1 gün;
- İş saatı növbəli: 10:00-18:00; 10:00-20:00;
- Əmək haqqı: Təcrübəyə əsasən əmək haqqı + satışdan bonus
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.