Predsol
Şirkət haqqında:
Being established by gorup of professionals in 2016 we pave the path towards the business transperency. Predsol strives to be your proven business partner which you can rely on. Working with us you can be sure we have strong commitment to "Business Partner" style relationship.We value every feedback we've been given and work hard to ensure the pozitive feedbacks heard well and negatives have been worked out to the lowest reoccurance probability. Our range of services are being developed to meet the customers demand backed with performance bonds to set up long-term high-quality relationships.
Əlaqə vasitələri:
Baş anbardar
Vəzifə öhdəlikləri:
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək ;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmə;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
- Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq;
- Aylıq balans hesabatlarının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək;
- Rüblük anbar sayımlarında iştirak etmək;
- Malların anbara qəbulu, mühafizə olunmuş şəkildə kateqoriyalara uyğun rəf kodlarına düzgün yerləşdirilməsinə, lazım olan avadanlıq, inventar və.s təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik etmək;
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət etmək;
- Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasına, mühafizə olunmasına və vaxtında ünvana qaytarılmasına nəzarət etmək;
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyinin olması üstünlükdür;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək (xüsusilə Excel),
- 1C-də(8.3) iş təcrübəsi və sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək.
- İş yeri: Qaradağ rayonu,Salyan şossesi 22-ci km.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.